...

Rusiya sülhməramlılarına aid 5 maşın Laçın yolundan keçib

Cəmiyyət Digər xəbərlər 25 Yanvar 2023 11:54
TurkicWorld Daspina Hasanova
Rusiya sülhməramlılarına aid 5 maşın Laçın yolundan keçib

Şuşa. TurkicWorld:

Bu gün Rusiya sülhməramlılarına məxsus 5 təminat avtomobili Laçın yolundan keçib.

TurkicWorld-in aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, avtomobillərin maneəsiz hərəkət etməsi üçün şərait yaradılıb.

Bu gün ümumilikdə 27 avtomobil Laçın yolundan keçib.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 45 gündür davam edir.

Məqalədə:
Xəbərlər

Xəbər lenti