Son dəqiqə

Bakı Beynəlxalq Kitab Sərgisi

XII Bakı Beynəlxalq Kitab Sərgisinə gedənlər üçün xüsusi avtobuslar fəaliyyət göstərəcək

BAKI,TurkicWorld

Kitabsevərlərin Bakı Ekspo Mərkəzinə rahat gediş-gəlişi məqsədilə xüsusi avtobuslar fəaliyyət göstərəcək.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 21-də Bakı Ekspo Mərkəzində XII Bakı Beynəlxalq Kitab Sərgisi başlanacaq.

Oktyabrın 27-dək davam edəcək builki sərgi "Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya" mövzusuna həsr olunub.

Sərgi günlərində paytaxt sakinlərinin və qonaqların metronun "Koroğlu" stansiyasından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə rahat gediş-gəlişi təmin ediləcək.

Sərginin iş vaxtı hər gün saat 10:00–20:00 arasıdır.

Bütün ziyarətçilərin sərgi məkanına girişi ödənişsizdir.

Mövzuya görə xəbərlər