BAKI,TurkicWorld
Metronun “İçərişəhər” stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb.
Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
"Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılıb. Qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunub.
Həmin müddət ərzində Yaşıl və Bənövşəyi xətlərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edib.
Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyirik", - deyə məlumatda bildirilib.
XXX
08:15
“Bakı Metropoliteni" QSC-nin qatarlarının hərəkət qrafikində gecikmə baş verib.
Trend xəbər verir ki, “Neftçilər” və “Qara Qarayev” stansiyaları arasında hərəkətdə olan qatar tuneldə dayanıb.
Qatarın maşinistinin sözlərinə görə, qatarda texniki nasazlıq baş verib.






