Sifarişinizi FEX Cargo ilə edin – rahat və sərfəli

Sifarişinizi FEX Cargo ilə edin – rahat və sərfəli

FEX Cargo Türkiyədən və Dubaydan sifariş edilən malların, eləcə də böyük həcmli və ağır çəkili qeyri-standart yüklərin qısa müddətdə hava nəqliyyatı ilə çatdırılmasını təşkil edən şirkətdir. Şirkət fəaliyyətə başladığı ilk gündən bəri premiumluğu özünə hədəf almış, sürətli və güvənli çatdırılmanı prioritet məqsəd elan etmişdir. FEX Cargo sürətli yük daşıma şirkəti olaraq Azərbaycan xalqına yüksək keyfiyyətli və operativ xidmət göstərməkdən qürur duyur.

FEX Cargo həmçinin beynəlxalq yük daşımaları sahəsində güclü texniki bazaya və kadr potensialına malik etibarlı şirkətdir. Həmçinin, sifariş zamanı siz Azərbaycan ofisindəki bağlamalarınızı saatlarla növbələrdə gözləmədən onlayn növbə götürməklə də əldə edə bilərsiniz.

Fex.az saytında qeydiyyatdan keçdikdən sonra istənilən fiziki və hüquqi şəxs xidmətlərimizdən istifadə edə bilər. Qeydiyyat ödənişsizdir.

Şirkət hal-hazırda AZAL, SilkWay, Türk Hava Yolları, Emirates və başqa təcrübəli aviaşirkətlərlə əməkdaşlıq edərək Türkiyədən və eləcə də Dubaydan şəxsi və korporativ yüklərin daşınmasını yüksək keyfiyyətlə həyata keçirir.

Həmçinin Fex Cargo daşınan və beynəlxalq yük daşıma qaydalarına əsasən qablaşdırılmış bütün bağlamalar üçün “Ödənişsiz Sığortalama” xidmətini təklif edir. Bağlama xaricdə yerləşən anbara daxil olduğu andan etibarən müştəriyə təhvil verilənədək bütün məsuliyyət şirkətin üzərinə düşür.

Aydındır ki, bir cox onlayn alış-veriş mağazaları bəzən məhsulun rəngini, ölçüsünü səhv göndərə bilər və ya məhsul qüsurlu ola bilər. Bu kimi halların qarşısını almaq və müştəri məmnuniyyətini hər zaman yüksək səviyyədə saxlamaq üçün Geri Qaytarma və "Xarici anbarda yoxlama" (istəyə bağlı olaraq) xidmətləri də mövcuddur.

Şirkət yüksək keyfiyyətli və premium xidməti vasitəsilə daima Azərbaycan əhalisinin online ticarət vərdişlərinin formalaşmasına və həmçinin istədiyi hər növ məhsulu əldə etməsinin bəxş etdiyi məmnunluğ hissinə tövhə verməsinə görə böyük fərəh hissləri içərisindədir. Operativ “Mənim üçün Sifariş Et” xidməti və fasiləsiz işləyən anbar, peşəkar müştəri xidmətləri, rahat və zəngin interfeysli veb saytı ilə Fex Cargo 7/24 sizin xidmətinizdədir!