Bakı. TurkicWorld:
Azərbaycan Hava Yolları (AZAL) Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında davam edən əlverişsiz hava şəraiti səbəbindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları yenidən təxirə salıb.
Bu barədə TurkicWorld-a AZAL-dan məlumat verilib.
"Sərnişinlərin təhlükəsizliyi əsas götürülərək bütün zəruri tədbirlər görülür. Hava şəraiti sabitləşdikdən sonra reyslərin əvvəlki qaydada icrasına davam ediləcək", - deyə məlumatda qeyd olunub.


