Son dəqiqə

Heydər Əliyev prospekti Ümumdünya Şəhərsalma Forumu WUF13 nəqliyyat təminatı Bakı xüsusi hərəkət zolaqları Nəqliyyat vasitələri zolağı Avtobus zolaqları Bakı nəqliyyat tədbirləri Müvəqqəti xüsusi zolaqlar Bakı yol nişanları

Paytaxtda təşkil edilən müvəqqəti xüsusi hərəkət zolaqları mayın 15-dən qüvvəyə minir

BAKI,TurkicWorld

Ümumdünya Şəhərsalma Forumu - WUF13-ün nəqliyyat təminatı çərçivəsində paytaxtın bir sıra küçə və prospektində müvəqqəti xüsusi hərəkət zolaqları təşkil edilib.

TurkicWorld Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinad edərək xəbər verir ki, həmin yerlərdə bunu bildirən 5.9 - "ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq" xüsusi yol nişanlarının quraşdırılmasına başlanılıb və mayın 15-dən bu yol nişanı ilə işarələnən müvəqqəti zolaqlar qüvvəyə minir.

Müvəqqəti xüsusi zolaqlar Heydər Əliyev prospekti - Aeroport şosesi, Abbasqulu ağa Bakıxanov, Yusif Səfərov, Mehdi Abbasov, Mikayıl Əliyev və Mikayıl Müşfiq küçələrini əhatə edir.

Qanunvericiliyə əsasən, bu zolaqlar avtobus zolaqları statusuna malikdir və qüvvədə olma müddətində buraya daxil olan digər nəqliyyat vasitələrinə cərimə tətbiq ediləcək.

Tədbir bitəndən sonra nişanlar yığışdırılacaq və yenidən bütün nəqliyyat vasitələri müvəqqəti yaradılan zolaqlara daxil ola biləcəklər.

Mövzuya görə xəbərlər