Son dəqiqə

Milli Məclis Gömrük tarifi

Xarici ticarət iştirakçısı gömrük borcunu ödəməsə ölkədən çıxışı məhdudlaşdırılacaq

Bakı. TurkicWorld

Gömrük borcunu ödəmədən ölkədən çıxış məhdudlaşdırılacaq.

TurkicWorld-in məlumatına görə, bu, Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyində yer alan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Dəyişikliyə əsasən, xarici ticarət iştirakçısı gömrük borcunu ödəmək öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə hesablanmış gömrük ödənişləri, dəbbə pulu və faizlər üzrə gömrük borcunun ödənilməsinin təmin edilməsi məqsədilə xarici ticarət iştirakçısının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət ediləcək.

Mövzuya görə xəbərlər