Laçın

Laçında inşa edilən kanat yolundan son görüntülər

Bakı.TurkicWorld:

Laçın şəhərində inşa olunan kanat yolunun 2026-cı ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

Bu barədə TurkicWorld-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, bu məqsədlə ərazidə yaşıllıqların köçürülməsi, kanat yolunun dayaqlarının və terminal sahələrinin bünövrə işlərinin aparılması, eləcə də zəruri avadanlıqların çatdırılması istiqamətində intensiv işlər həyata keçirilir.

Layihənin həyata keçirilməsi bölgədə turizm infrastrukturunun inkişafına və ziyarətçilər üçün yeni imkanların yaradılmasına töhfə verəcək.

Mövzuya görə xəbərlər