riyaziyyat olimpiadası Gədəbəy təhsil tədbiri Gədəbəydə keçiriləcək riyaziyyat olimpiadası haqqında məlumat Mikayıl Xıdırzadə kimdir və yubiley tədbiri məktəblər arasında riyaziyyat yarışlarının təşkili şagirdlərin istedadının aşkar olunması yolları

Mikayıl Xıdırzadənin yubileyinə həsr olunan yarış start götürür

BAKI, TurkicWorld

"Regional İnkişaf" İctimai Birliyi və Gədəbəy Dayanıqlı İnkişaf Mərkəzinin təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tərəfdaşlığı ilə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin ilk azərbaycanlı dekanı Mikayıl Xıdırzadənin 115 illik yubileyinə həsr olunmuş riyaziyyat üzrə I fənn olimpiadası keçiriləcək.

TurkicWorld xəbər verir ki, tədbir çərçivəsində olimpiadanın məktəbdaxili və rayon mərhələlərinin təşkili nəzərdə tutulur. Məktəbdaxili mərhələdə hər məktəbdən I yerin qalibi rayon mərhələsində iştirak hüququ qazanacaq, final mərhələsində isə iştirakçılara test tapşırıqları təqdim olunacaq və nəticələrə əsasən qaliblər müəyyən ediləcək.

Olimpiadanın məktəbdaxili mərhələsi aprelin 18-də keçiriləcək, final mərhələsi və mükafatlandırma isə Gədəbəy Rayon Heydər Əliyev Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, tədbirin məqsədi riyaziyyat fənni üzrə xüsusi istedadı ilə seçilən şagirdlərin aşkar edilməsi, onların potensial imkanlarının inkişaf etdirilməsi, fənnə marağın artırılması və özünə inam hissinin gücləndirilməsidir.