Son dəqiqə

AYNA

AYNA “Gəncə KOB evi”ndə sahibkarlara xidmət göstərir

BAKI,TurkicWorld

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən “Gəncə KOB evi”ndə sahibkarlıq subyektlərinə xidmətlərin göstərilməsinə başlanılıb.

TurkicWorld xəbər verir ki,agentliyin əməkdaşları “Gəncə KOB evi”ndə daşıyıcıların müraciətləri əsasında mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, «İcazə» blankları, rəqəmsal taxoqraf kartları, «Fərqlənmə nişanı» və «Xüsusi fərqlənmə nişanı»nın verilməsi kimi xidmətlər göstərirlər.

AYNA tərəfindən regionda fəaliyyət göstərən daha bir “KOB evi”ndə xidmətlərin təqdim edilməsi sahibkarlıq subyektlərinə bu xidmətlərə asan və rahat çıxışı təmin edir. Bu, sahibkarların vaxtına qənaet edir, əməliyyat xərclərini azaldır. Həmçinin xidmətlərin şəffaf və operativ təşkili məmnunluğu artırır.

Xatırladaq ki, AYNA tərəfindən Bakı, Yevlax, Xaçmaz KOB evlərində də sahibkarlıq subyektlərinə müvafiq xidmətlər göstərilir. Qeyd edilən şəhərlərlə yanaşı, ətraf bölgələrin sahibkarları da xidmətlərdən yararlana bilirlər.

Mövzuya görə xəbərlər