BAKI,TurkicWorld
Ombudsman Səbinə Əliyevanın dəvəti əsasında ölkəmizdə səfərdə olan Slovakiya Respublikasının Ombudsmanı Robert Dobrovodskinin rəhbərlik etdiyi nümayəndə heyəti üçün “AnewZ” beynəlxalq televiziya kanalına infotur təşkil olunub.
TurkicWorld xəbər verir ki, qonaqlar kanalın fəaliyyəti və qlobal media məkanında hədəfləri barədə ətraflı məlumatlandırılıb, xəbər otağı, çəkiliş studiyaları və montaj məkanları ilə tanış olublar.
Sonda Slovakiya Ombudsmanı televiziya kanalına ölkəmizə səfərinin yekunları ilə bağlı müsahibə verib. Müsahibə ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:







