Son dəqiqə

Ramazan bayramı Al-Baraka Azerbaijan Könüllüləri

Al-Baraka Könüllüləri Ramazan bayramı münasibətilə yüzlərlə ailəyə fitrə zəkatı çatdırıb

BAKI, TurkicWorld, Orxan Qədirzadə

"Al-Baraka Azerbaijan Könüllüləri" Ramazan bayramı ərəfəsində Bakı, Abşeron və Xırdalanın ən uzaq yaşayış məntəqələrində ehtiyac sahibi olan yüzlərlə ailəni ziyarət edib. Könüllülər "Layihə №1010" çərçivəsində hazırlanan fitrə zəkatı qutularını ünvanlarına çatdırıblar.

TurkicWorld xəbər verir ki, xeyriyyə aksiyası Hövsan, Masazır, Binə, Əhmədli qəsəbələri daxil olmaqla, ümumilikdə 17-dən çox ünvanı əhatə edib. Layihənin əsas məqsədi vətəndaşların zəkat əmanətlərini böyük məsuliyyətlə və səliqə ilə birbaşa sahiblərinə çatdırmaqdan ibarət olub.

"Al-Baraka Azerbaijan Könüllüləri" təkcə ölkə daxilində deyil, həm də Asiya və Afrika ölkələrində minlərlə insan üçün ümid yerinə çevrilən müxtəlif layihələr həyata keçirib. Təşkilat fəaliyyətini genişləndirərək Qəzza, Asiya və Afrika regionlarındakı ehtiyac sahiblərinə dəstək platformaları yaradıb.

Təşkilat tərəfindən bildirilib ki, xeyirxah işlərə qoşulmaq istəyən şəxslər müvafiq bank rekvizitləri vasitəsilə müxtəlif regionlar (Azərbaycan, Afrika, Asiya və Qəzza) üzrə ianələrini edə bilərlər. Yardımların toplanması və paylanması prosesi tam şəffaf şəkildə həyata keçirilib. Layihə rəhbərliyi zəkat və sədəqələrini əmanət edən hər bir şəxsə təşəkkürünü bildirib və duaların qəbul olunmasını diləyib.

ABB
4127 2093 0606 6876 (Afrika üçün)
Kapital bank
4169 7388 9511 9422 (Azərbaycan üçün)
4169 7388 2952 2592 (Asiya üçün)
4169 7388 0323 5393 (Qəzza üçün)

Əlaqə: ‪+994 51 763 90 15‬

Mövzuya görə xəbərlər