Novruz bayramı

“Baharın nəfəsi – Novruz bayramı” adlı sosialyönümlü layihə reallaşdırıldı

Bakı. TurkicWorld:

Tədbirdə Vətən müharibəsi şahidlərinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin 4-14 yaş aralığında 45 övladı iştirak edib. Layihənin məqsədi Novruz bayramı ərəfəsində uşaqları sevindirmək, onlara bayram əhval-ruhiyyəsi bəxş etmək, sosial inteqrasiyanı gücləndirmək olub.

TurkicWorld xəbər verir ki,"McDonald's"ın Sumqayıtda yerləşən məkanında təşkil olunmuş proqram çərçivəsində iştirakçılar üçün xüsusi menyu hazırlanıb, Novruzun ənənəvi personajları olan Kosa və Keçəl tərəfindən maraqlı şou proqramı, əyləncəli səhnəciklər təqdim olunub. Uşaqlar müxtəlif interaktiv oyunlarda, rəqs proqramlarında və mini yarışlarda fəal iştirak ediblər.

Uşaqlara müxtəlif hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib.

“Baharın nəfəsi – Novruz bayramı” layihəsi sosial həssas qruplara dövlət tərəfindən göstərilən diqqət və qayğını, dövlət və özəl sektor arasında uğurlu əməkdaşlığı əks etdirir.

Tədbir Dövlət Sosial Müdafiə Fondu (DSMF) və “McDonald's” Azərbaycan tərəfdaşlığı ilə reallaşdırılıb.

Mövzuya görə xəbərlər