Son dəqiqə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Mart ayının bütün sosial ödənişləri qrafikdən əvvəl başa çatdırılıb

BAKI, TurkicWorld

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq bu gün mart ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları da ödənilib.

TurkicWorld xəbər verir ki,beləliklə, fond bu ayın bütün sosial ödənişlərini qrafikdən əvvəl başa çatdırıb.

Bundan əvvəl martın 6-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, martın 11-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin mart ayı üzrə pensiyaları qrafikdən əvvəl ödənilib.

Mövzuya görə xəbərlər