Müzakirə olunan əsas mövzulardan biri azad edilən ərazilərdə turizmin inkişafıdır - Prezidentin xüsusi nümayəndəsi

Müzakirə olunan əsas mövzulardan biri azad edilən ərazilərdə turizmin inkişafıdır - Prezidentin xüsusi nümayəndəsi

Hazırda müzakirə olunan əsas mövzulardan biri işğaldan azad edilən ərazilərdə turizmin inkişaf etdirilməsidir.

Trend xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Naftalan - Sağlamlıq və turizmin sinerji mənbəyi. Regionda yeni rellıqlar" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

O qeyd edib ki, Azərbaycanda son illər ərzində turizmin inkişafı istiqamətində böyük işlər görülsə də, böyük turizm potensialına malik Qarabağ və ətraf rayonlar 30 ilə qədər dövr ərzində işğal altında olduğundan bu proseslərdən kənarda qalmışdı.

“Müzəffər Ali Baş Komandan İlham Əliyev 30 illik həsrətdən sonra Azərbaycan ordusu şəhidlərimizin qanı və canı bahasına tarixi qələbə qazanaraq torpaqlarımızı azad etdi. Azad edilən ərazilərimizin zəngin təbii ehtiyatlara malik olması ilə əlaqədar ölkəmizin iqtisadi qüdrətinin artmasına əhəmiyyətli töhfə verəcək sahələrdən biri də turizmdir”, - deyə o qeyd edib.