BAKI,TurkicWorld
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı anım mərasimində iştirak edib.
TurkicWorld xəbər verir ki, Ombudsman Aparatının əməkdaşları faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
Abidənin önünə gül dəstələri düzülüb, Xocalı soyqırımı qurbanlarının xatirəsi dərin ehtiramla yad olunub.
Qeyd edilib ki, bəşəriyyət tarixinin ən dəhşətli insanlıq əleyhinə cinayətlərindən biri kimi qiymətləndirilən Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılması gələcək nəsillərin tarixi həqiqətlər barədə məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıyır.







