Son dəqiqə

Aydın Hüseynov Qaradağda mediasiya təşkilatının fəaliyyəti ilə tanış olub Deputat Bakı 21 saylı Mediasiya Təşkilatını ziyarət edib - FOTOLAR Qaradağda mediasiyanın inkişafı müzakirə edilib: Millət vəkilindən tövsiyələr Mediasiya və vətəndaş məmnunluğu: Aydın Hüseynovun mühüm görüşü Bakı 21 saylı Mediasiya Təşkilatında deputatla görüş keçirilib Millət vəkili mediatorlarla bir araya gəldi: Yeni əməkdaşlıq perspektivləri

Milli Məclisin deputatı Aydın Hüseynov Bakı 21 saylı Mediasiya Təşkilatında olub

Bakı, TurkicWorld, Orxan Qədirzadə

Azərbaycan Respublikası Milli Məclisinin Qaradağ rayonundan seçilmiş deputatı Aydın Hüseynov rayonda fəaliyyət göstərən Bakı 21 saylı Mediasiya Təşkilatını ziyarət edib.

TurkicWorld xəbər verir ki, ziyarət çərçivəsində millət vəkili müəssisənin iş şəraiti və fəaliyyət istiqamətləri ilə yaxından tanış olub.

Deputat təşkilatın rəhbərliyi və mediatorlarla keçirdiyi görüşdə mediasiya institutunun cəmiyyətdəki rolu, vətəndaş məmnunluğunun artırılması və hüquqi maarifləndirmə məsələləri ətrafında geniş fikir mübadiləsi aparıb. Görüş zamanı Aydın Hüseynov mediasiya proseslərinin səmərəliliyinin yüksəldilməsi ilə bağlı öz tövsiyə və məsləhətlərini diqqətə çatdırıb.

Görüşün sonunda Bakı 21 saylı Mediasiya Təşkilatının direktoru Zaur Mirzəbəyov göstərilən diqqətə görə millət vəkilinə minnətdarlığını bildirib və ona xatirə hədiyyəsi təqdim edib. Qeyd olunub ki, bu cür ziyarətlər mediasiya proseslərinin təşviqi və vətəndaşların hüquqlarının effektiv qorunması istiqamətində dövlət qurumları ilə əməkdaşlığın güclənməsinə xidmət edir.