Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Ötən ay əlilliyi olan 10600 şəxsə reabilitasiya xidmətləri göstərilib

BAKI,TurkicWorld

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yanvar ayında əlilliyi olan 10600 şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.

TurkicWorld xəbər verir ki,onlardan 5100 şəxsə ambulator, 2800 şəxsə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji, hippoterapiya istiqamətləri üzrə reabilitasiya xidmətləri göstərilib.

Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, son illər qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, rəqs terapiyası, hippoterapiya və s.) da tətbiq edilir.

Əlilliyi olan şəxslərə stasionar və ambulator şəraitdə, habelə icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.

Mövzuya görə xəbərlər