Bakı. TurkicWorld:
Bakda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə "C6: Vahid region, ortaq gələcək strateji dialoqun gücləndirilməsi" mövzusunda beynəlxalq konfrans keçirilir.
TurkicWorld xəbər verir ki, tədbir ekspert dialoqu formatında təşkil edilib və Azərbaycanın Mərkəzi Asiya ölkələri dövlət başçılarının görüşləri üçün məşvərət platformasına qoşulması məsələlərinə həsr olunub.
Konfrans çərçivəsində regional əməkdaşlığın genişlənməsi və strateji qarşılıqlı əlaqələrin gücləndirilməsi perspektivləri müzakirə ediləcək.
Xəbər yenilənəcək







