Son dəqiqə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Daha 130-dan çox şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

BAKI, TurkicWorld

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu il əlilliyi olan daha 130-dan çox şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib.

TurkicWorld xəbər verir ki,onlara mühərrikli təkərli oturacaq, açıq və qapalı məkanda, sanitar-təchizatlı təkərli oturacaq, statik vertikalizator, əsa, dirsəkaltı və qoltuqaltı ağac, dördayaqlı dayaq vasitəsi, hopdurucu bez və s. olmaqla ümumilikdə 5500-dək reabilitasiya vasitəsi verilib.

Qeyd edək ki, ehtiyac duyduqları reabilitasiya vasitələrini almaq üçün özlərinin, yaxud yaxınlarının Bakıya, Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gələ bilmək imkanı olmayan əlilliyi olan şəxslərə bu vasitələr evlərinə aparılaraq təqdim olunur.

Mövzuya görə xəbərlər