Son dəqiqə

Azərbaycan Şəhərsalma və Arxitektura üzrə Dövlət Komitəsi Gənclər Günü Anar Quliyev

Şəhərsalma və memarlıq sahəsində gənclər üçün geniş imkanlar yaradılır - Anar Quliyev

BAKI,TurkicWorld

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi memarlıq və şəhərsalma sahəsində gənc mütəxəssislərin fəaliyyətini dəstəkləyir, onların ölkənin inkişafında fəal iştirakını təmin etmək məqsədilə geniş imkanlar yaradır.

TurkicWorld xəbər verir ki, bunu Komitə sədri Anar Quliyev Gənclər Günü ilə bağlı paylaşımında qeyd edib. O bildirib ki, 2025-ci il ərzində Komitənin təqaüd proqramı çərçivəsində 11 tələbə təhsilini davam etdirib. Eyni zamanda, şəhərsalma və memarlıq sahəsində bilik və bacarıqların artırılmasına yönəlmiş maarifləndirmə tədbirləri çərçivəsində 1000-dən çox gəncin iştirakı ilə 15 seminar təşkil olunub.

“Biz gənc memarlar, mühəndislər və şəhərsalma mütəxəssislərinin rahat, təhlükəsiz və insanmərkəzli şəhərlərin yaradılmasında verdiyi töhfələri yüksək qiymətləndiririk”, – deyən Anar Quliyev Azərbaycan gənclərini yaradıcı təşəbbüsləri və innovativ ideyaları ilə ölkənin gələcəyinin qurulmasında fəal iştiraka çağırıb.

Mövzuya görə xəbərlər