Son dəqiqə

Məcnun Məmmədov Yüksəliş müsabiqəsinin qalibləri ilə görüşüb Yüksəliş qalibləri ilə növbəti mentorluq görüşü keçirilib Nazir Yüksəliş iştirakçıları ilə idarəetmə məsələlərini müzakirə edib Dövlət idarəçiliyində kadr seçimi Yüksəliş görüşündə gündəmdə Məcnun Məmmədov mentorluq proqramı çərçivəsində görüş keçirib Yüksəliş müsabiqəsi üzrə qaliblərlə təcrübə mübadiləsi aparılıb

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

BAKI,TurkicWorld

Mentorluq Proqramı çərçivəsində növbəti görüş idarəetmə və kadr siyasəti mövzularına həsr olunub.

TurkicWorld xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Aslan Həsənli və Nicat Qocayevlə növbəti dəfə görüş keçirib. Görüş zamanı özəl və dövlət sektorlarında idarəetmədə tətbiq olunan metodlar, struktur dəyişikliklərin idarə olunması, eləcə də düzgün kadr seçimi məsələləri əsas müzakirə mövzuları olub.

Nazir qeyd olunan istiqamətlər üzrə şəxsi idarəetmə təcrübəsini bölüşüb, qaliblərlə fikir mübadiləsi aparılıb və praktiki yanaşmalar müzakirə edilib. Görüş çərçivəsində liderlik bacarıqlarının inkişafı və müasir idarəetmə mexanizmlərinin tətbiqinin əhəmiyyəti vurğulanıb.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manat məbləğində mükafat əldə edirlər.

Bildirilib ki, sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.