Son dəqiqə

Azərbaycan Səudi Ərəbistan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ər-Riyad

Qlobal Əmək Bazarı Konfransında ölkəmizdə həyata keçirilən aktiv məşğulluq proqramlarına dair məlumat verilib

BAKI,TurkicWorld

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən Qlobal Əmək Bazarı Konfransında iştirak edib.

TurkicWorld xəbər verir ki, konfransın ilk günü keçirilən yüksək səviyyəli dəyirmi masada çıxış edən Rəşad Mustafayev ölkəmizdə son illər əmək və məşğulluq sahəsində aparılan islahatlar, həyata keçirilən aktiv məşğulluq proqramları barədə məlumat verib. “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın icrası olaraq layiqli iş imkanlarının genişləndirilməsi, inklüziv əmək bazarının dəstəklənməsi və inkişaf etdirilməsi, işsiz və işaxtaran şəxslərin münasib işlərlə təminatı istiqamətlərində ardıcıl işlərin aparıldığı diqqətə çatdırılıb.

İşçi qüvvəsinin bacarıqlarının əmək bazarının tələblərinə uyğun şəkildə inkişaf etdirilməsinin, məşğulluq xidmətlərinin rəqəmsallaşdırılmasının, işəgötürənlərlə sıx tərəfdaşlığın qurulmasının da prioritet fəaliyyət istiqamətlərindən olduğu qeyd edilib. 2025-ci ildə ölkəmizdə məşğulluq orqanları tərəfindən 567 min nəfərin aktiv əmək bazarı proqramlarına cəlb edildiyi, onlardan 189 min insanın işlə təminatının həyata keçirildiyi, həmçinin özünüməşğulluq, peşə hazırlığının təşkili proqramlarının icrası işləri diqqətə çatdırılıb.

Bu sahələrdə görülən işlərlə, aparılan islahatlarla bağlı digər ölkələrdəki tərəfdaşlarla faydalı təcrübə mübadilələrinin əhəmiyyəti, uğurlu təcrübələri bölüşməyə hazır olduğumuz qeyd edilib

Mövzuya görə xəbərlər