BAKI, TurkicWorld
Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı qaydalarda dəyişiklik edilib.
TurkicWorld-un məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.
Qərara əsasən, tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması və ya əsaslandırılmış imtina barədə qərar haqqında məlumat qərar verildiyi andan dərhal sonra Tikintilərin Dövlət Reyestrinə təqdim ediləcək.







