Son dəqiqə

Azərbaycan İslam

İslam fikri və mədrəsəsi: ziddiyyət və razılıq tarixi

BAKI, TurkicWorld, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq TurkicWorld üçün.

İslam dünyasının ən böyük problemlərindən biri mədrəsə ənənəsi ilə islam fikri nümayəndələri arasında ziddiyyətlər olubdur. Bəzən islam fikrinə mədrəsədən də keçid olubdur. İslam fikir nədir? İslam mədrəsəsi nədir? İslam fikri insan, həyat, cəmiyyət, mədəniyyət, əxlaq haqqında təməl əsasların dilə gətirilməsidir. İslam fikri nə edək sualdır?

İslam mədrəsəsi isə onun detallaşdırılmasıdır. Hüquqi əsaslarının müəyyən edilməsidir. İslam mədrəsəsi islam fikrinin xidmətində olduğu zaman yüksəliş olubdur. Amma tam əksi islam mədrəsəsi islam fikrini bloklayanda tənəzzül olubdur. Bu məsələni bir qədər hamıya aydın dillə izah edim.

1988-ci ildə Azərbaycanda azadlıq hərəkatı başladı. Hansı fikirdən doğmuşdu. Problemlərin həlli müstəqil Azərbaycan dövlətinin inşaasıdır. Daha sonra 1991-ci ildə Azərbaycan dövləti yarandı. Artıq bu zaman detalları işləmək üçün hüquq və digər sahələr üzrə mütəxəssislər dövriyyəyə girdi. Hüquqşünaslar konstitusiya hazırladı. İqtisadçılar iqtisadi qanun və nizamları hazırladı və sair. Amma bütün bunların hamısı bir fikrə xidmət edirdi.

Müstəqil Azərbaycan dövlətinin mahiyyətinin daha da möhkəmlənməsi və inkişafı. İndi islam fikri ilə islam mədrəsəsi arasında əlaqə də eyni cəhətdəndir. Ümmət dirçəlməlidir. Bu fikirdir. Bunun üçün ümmətin iqtisadi, siyasi, mədəni və əxlaqı dirçəlişə ehtiyacı vardır. Ümmətin vahid anlayış üzrə ortaq dəyərlərdə bir araya gəlməsi lazımdır. Bunun üçün altında hamının imza qoya biləcəyi ortaq müttəfiq olmazsa olmazlar lazımdır. Buna görə mədrəsə fikrə xidmət etməlidir. Əks halda Mədrəsənin detallarında ümmət ilişib qalacaqdır.

Mövzuya görə xəbərlər