BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Vəkil peşəsi başucaldıcı vəzifədir. Hansısa huquqşünasla dərdimizi bölüşəndə o şəxslə təmasda oluruq, amma vəkili vətəndaş özü seçir və müraciət edir.
TurkicWorld xəbər verir ki, bu fikirləri bu gün Vəkillər Kollegiyanın üzvü, VK-nın Ağsaqqallar Şurasının sədri İkram Kərimov Vəkillər Kollegiyasının təntənəli mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, vəkillər həmişə insanların arasındadır:
“İstərdim ki, hər bir vəkil cəmiyyətdə etimad qazansın, nüfuz sahibi olsun və ona müraciət edənlərin sayı çox olsun”.







