Son dəqiqə

multikulturalizm Bakıda Azərbaycan Din Xadimlərinin II Forumu keçiriləcək Azərbaycan Din Xadimlərinin II Forumu Dağ yəhudiləri sinaqoqu Müqəddəs Mürdaşıyan Zənənlər Kafedral Kilsəsi

Forum iştirakçıları Müqəddəs Mürdaşıyan Zənənlər Kafedral Kilsəsi və Dağ yəhudiləri sinaqoqunun fəaliyyəti ilə tanış olublar

BAKI, TurkicWorld

Dekabrın 23-də Azərbaycan Din Xadimlərinin II Forumunun iştirakçıları Müqəddəs Mürdaşıyan Zənənlər Kafedral Kilsəsini ziyarət ediblər.

TurkicWorld xəbər verir ki, burada qonaqlara Azərbaycanın xristian icmalarının tarixi keçmişi, dini-mədəni irsi və ölkənin ictimai həyatında tutduğu yer barədə ətraflı məlumat təqdim olunub. Ziyarət zamanı müxtəlif konfessiyaların mədəniyyətinə göstərilən diqqət və qayğı yüksək qiymətləndirilib.

Daha sonra din xadimləri Dağ yəhudiləri sinaqoquna baş çəkib. Bildirilib ki, yəhudilər Azərbaycanda uzun illərdir sülh və tolerantlıq şəraitində yaşayırlar və ölkədə birgə yaşayış üçün bütün şərait mövcuddur.

Qeyd edək ki, "Konstitusiya və Suverenlik İli" çərçivəsində dekabrın 24-də Azərbaycan Din Xadimlərinin II Forumu keçiriləcək. "Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı" mövzusundakı tədbirdə dünyəvilik və vicdan azadlığı kimi təməl konstitusion dəyərlərin təbliği, din xadimlərinin hüquq və vəzifələri, peşəkar inkişafı, dövlət-din münasibətlərinin hüquqi, mədəni aspektləri, eləcə də multikultural, tolerant mühitin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.

Mövzuya görə xəbərlər