Son dəqiqə

Azərbaycan Özbəkistan Heydər Əliyev Mərkəzi Bakı

Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilir

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilir.

TurkicWorld xəbər verir ki, tədbir Heydər Əliyev Mərkəzində baş tutur və özbək sənətçilərin və yaradıcı kollektivlərin iştirakı ilə zəngin konsert proqramı ilə müşayiət olunur.

Açılış mərasimi Azərbaycan və Özbəkistan arasında mədəni dialoqun bir hissəsi olmaqla, iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə və humanitar əməkdaşlığın inkişafına xidmət edir.

Tədbirdə mədəniyyət xadimləri, həmçinin paytaxtın qonaqları və sakinləri iştirak edirlər.

Mövzuya görə xəbərlər