Son dəqiqə

Azərbaycan Bakı Ümummilli lider Heydər Əliyev Ümummilli Lider Heydər Əliyevin anım günü Zərifə Əliyeva Fəxri Xiyaban Qafqaz Müsəlmanları İdarəsi (QMİ)

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Dekabrın 12-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Bu barədə TurkicWorld-a QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, din xadimləri Ulu Öndərin Anım günündə ruhuna dualar oxuyub, məzarı önünə güllər düzüblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə güllər düzülüb

Mövzuya görə xəbərlər