BAKI, TurkicWorld
Gәncә Memorial Kompleksinin inşası zamanı terrora məruz qalmış binalardakı izlər qorunacaq
TurkicWorld xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İşğaldan azad olunmuş ərazilərdə layihələrin idarə edilməsi şöbəsinin müdir müavini Ramil Cahangirov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə Gәncә Memorial Kompleksində 4 hektar ərazidə inşa olunub:
"Tikinti işləri yekun mərhələdədir. Burada xüsusi yaşıllaşdırma işləri də aparılır. 44 günlük Vətən müharibəsində Ermənistan ordusunun mülki əhaliyə qarşı törətdiyi cinayətləri özündə əks etdirəcək Kompleks raket zәrbәlәrinә mәruz qalmış yaşayış binalarının vә keçmiş parkın yerlәşdiyi ərazidə yaradılır. Kompleksdə ikimәrtәbәli muzey binası və sәrgi zalı olacaq. Burada mülki әhaliyə qarşı törәdilmiş cinayәtlәrlə bağlı ekspozisiya, həmçinin dağıdılmış binaların yerlәri ziyarәtçilәrә nümayiş etdirilәcәk".
R.Cahangirov qeyd edib ki muzeydə Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlər əksini tapacaq:
"Vətən müharibəsi dövrü həmin muzeydə həm şəkillər, həm də videolar vaaitəsilə geniş işıqlandırılacaq. Ziyarətçilər QR kodlara keçid etməklə bu terrorlar barədə məlumatlar əldə edə biləcəklər".







