Son dəqiqə

Qarabağ Daxili İşlər Nazirliyi Xocalı yanğın

Xocalıda yanğın törədən şəxs saxlanılıb

BAKI, TurkicWorld

Avqustun 18-də Xocalı rayon Daşbulaq kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan TurkicWorld-ə verilən məlumata görə, araşdırmalarla yanğının, Xocalı rayonuna qonaq gəlmiş, 40 yaşlı Pərviz Quliyevin ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

P. Quliyev polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Mövzuya görə xəbərlər