Son dəqiqə

Al Baraka

Al Baraka Azərbaycan Qəzzada “2025 Qurban Layihəsi” həyata keçirib

BAKI, TurkicWorld

Al Baraka Azərbaycan Qəzzada “2025 Qurban Layihəsi” çərçivəsində qurbanların kəsilməsi və ehtiyac sahiblərinə çatdırılması prosesi həyata keçirib.

TurkicWorld xəbər verir ki, görüntülərdə qurban kəsimi ilə yanaşı, bölgə əhalisinin duyğusal anları və minnətdarlıq dolu baxışları da əks olunub.

Layihə təşkilatçıları bildiriblər ki, bu təşəbbüs təkcə dini ənənənin yerinə yetirilməsi deyil, həm də həmrəylik, fədakarlıq və humanitar dəstək missiyasının bir parçasıdır. Onların sözlərinə görə, Qəzzada həyat bəzən bir paya, bir baxışa, bir qurbanın doğru ünvana çatmasına bərabər olur.

Videolarda əks olunan görüntülər Qəzza xalqının çətin şəraitə baxmayaraq sabaha olan ümidini və dirəniş ruhunu nümayiş etdirib. Layihə yerli və xarici təşkilatların əməkdaşlığı ilə həyata keçirilib.

Mövzuya görə xəbərlər