Son dəqiqə

ANAMA minatəmizləmə mina

Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı məlum olub

BAKI, TurkicWorld

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (19.05.2025 - 25.05.2025) açıqlanıb.

Bu barədə TurkicWorld-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilir ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 80 piyada əleyhinə mina, 52 tank əleyhinə mina, 683 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

1 798,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Mövzuya görə xəbərlər