Son dəqiqə

Azərbaycan Milli Məclis ANAMA Böyük Qayıdış

Milli Məclisdə Böyük Qayıdışla bağlı müzakirələr keçiriləcək

BAKI,TurkicWorld

Milli Məclisdə Böyük Qayıdış və reinteqrasiya ilə bağlı müzakirələr keçiriləcək.

TurkicWorld-in məlumatına görə, bu məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin 2026-cı il yaz sessiyası üçün İş Planına daxil edilib.

Belə ki, yaz sessiyasında komitədə "Böyük Qayıdış və reinteqrasiya", "Azərbaycan dili-milli suverenlik və insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi - xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair" mövzularında ictimai dinləmələrin keçirilməsi, "Milli-mənəvi dəyərlərin və ailə institutunun informasiya-kommunikasiya məkanında müdafiəsi" mövzusunda dəyirmi masanın təşkil edilməsi planlaşdırılır.

Həmçinin, "Mina terroru qurbanlarının beynəlxalq hüquqi platformalara çıxışı" mövzusunda ANAMA ilə birgə görüşlərin keçirilməsi, uşaq və yeniyetmələrin sosial media asılılığının qarşısının alınması yollarına dair ekspert müzakirələrinin təşkili İş Planına daxil edilib.

Mövzuya görə xəbərlər