Son dəqiqə

minatəmizləmə DSX Hərbi prokurorluq Mina Qurbanlarının Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Gənclik Platforması mina terroru mina təhlükəsi mina partlayışı

Hərbi Prokurorluqda DSX hərbçisinin partlayış nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanılıb

Bakı, TurkicWorld

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Musazadə Əsgər Nicat oğlunun partlayış nəticəsində ölməsi faktı əsasında Füzuli hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılmış, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin müayinəsi keçirilmiş, eləcə də digər hərəkətlər icra edilib.

Bunu TurkicWorld-in sorğusuna cavab olaraq, hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib.

"Fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaqdır", - o bildirib.

Mövzuya görə xəbərlər