Özbəkistan Ramazan bayramı iftar mərasimi Özbəkistan adət-ənənələri

Özbəkistanda Ramazan ənənəsi- kütləvi iftar süfrəsi

BAKI,TurkicWorld

Özbəkistanda Ramazan ayında ailələr “ağız açanlar” kimi tanınan kütləvi iftar süfrələrində birləşir və qədim adət-ənənələrini yaşadırlar.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, 1991-ci ildə müstəqillik əldə etdikdən sonra özbək xalqı öz milli və dini dəyərlərini yenidən bərpa etməyə başlayıb. Sovet dövründə İslam dini və Ramazan orucu qadağan edilsə də, müstəqilliklə birlikdə Özbəkistanın ailələri Ramazan ayında "ağzı açanlar" ənənəsini bərpa ediblər. Bu ənənə ilə ailələr birlikdə iftar süfrələrində toplaşır, yüngül şirniyyatlar və yerli yeməklərlə süfrələrini bəzəyirlər.

Özbək ailələri, xüsusilə gənc ailələr, Ramazan ayında iftarı valideynləri və bacı-qardaşları ilə birgə açmağa xüsusi önəm verirlər. Gənc üzvlər, ailənin böyük üzvlərinin yerinə süfrə hazırlığına başlayır, yeməklərin hazırlanmasında kömək edirlər. Süfrəyə müxtəlif yeməklər və salatlar, ənənəvi olaraq isə patır çörəyi, kök samsa, həşməyə bənzər şorba, özbək plovu və Ramazan deserti olan nişal qoyulur.

İftar vaxtı yaxınlaşdıqca, ailə başçısı tərəfindən iftar namazı qılınır, ağsaqqallar yeməkdən əvvəl ilk daddıqdan sonra yeməyə başlanılır. Qonaqlar və ailə üzvləri süfrə başında birlikdə dua edir, sonra isə oruc açılır. Süfrədə bəzən qonaqlar tərəfindən gətirilən yeməklər digər ailə üzvləri ilə paylaşılır.

Qeyd edək ki, Özbəkistanda bu ənənə yalnız ailə içi deyil, eyni zamanda icma və yardımlaşma ənənəsidir. Ailələr həm də qonşularını, ehtiyacı olan insanları iftar süfrələrinə dəvət edirlər. Ramazan ayında bir çox ailə, xüsusən də kütləvi iftar süfrələri təşkil edərək bu ənənəni yaşadır. Ailələr bir araya gəldikdə, Ramazan həm də əməkdaşlıq və xeyriyyə ayı kimi qeyd edilir.

Daşkənd yaxınlığında yaşayan 73 yaşlı Kamilcan Əhmədov bildirib ki, Ramazan ayında bütün ailə üzvləri ata evinə toplaşır. "Uşaqlarımız bu müqəddəs ayda bizə baş çəkirlər. Ramazan ayı ailə birliyini daha da möhkəmləndirir" deyə Əhmədov qeyd edib. Sovet dövründə oruc tutmaq və namaz qılmaq qadağan olsa da, müstəqillikdən sonra onlar öz dini ibadətlərini sərbəst yerinə yetirməyə başlayıblar.

Əhmədovun həyat yoldaşı Anobar Əhmədova da Ramazan ayının ailə birliyini daha da möhkəmləndirdiyini, ailə üzvləri ilə bir araya gəlmənin böyük bir sevinc olduğunu bildirib. Ramazan ayında ailəlikcə oruc tutub, birlikdə iftar süfrəsi hazırlayaraq bu ənənəni yaşatdıqlarını vurğulayıb

Mövzuya görə xəbərlər