Son dəqiqə

Diasporla İş üzrə Dövlət Komitəsi

Avstraliyanın Melburn şəhərində Azərbaycan musiqisi gecəsi keçirilib

Bakı, TurkicWorld

Avstraliya İttifaqının Melburn şəhərində Azərbaycan musiqilərindən ibarət konsert proqramı təqdim olunub.

TurkicWorld xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, konsert "AYTAY" musiqi qrupunun rəhbəri Aslan Şərifi tərəfindən təşkil edilib.

Tədbirdə soydaşlarımızla yanaşı, əcnəbilər də daxil olmaqla 350 nəfərə yaxın qonaq iştirak edib. Konsertdə Emin Sabitoğlu, Cahangir Cahangirov, Tofiq Quliyev, Ramiz Mirişli kimi Azərbaycan bəstəkarlarının musiqiləri səsləndirilib, "AYTAY"ın rəqs qrupu tərəfindən milli rəqslərimiz nümayiş olunub. Böyük rəğbətlə qarşılanan konsert Rəşid Behbudovun "Azərbaycan" mahnısı ilə yekunlaşıb.

Mövzuya görə xəbərlər