Son dəqiqə

Teymur Musayev

Növbəti beş ildə yaşıl xəstəxanalar layihəsi real ola bilər - Teymur Musayev

Bakı, TurkicWorld

İqlim dəyişikliyinin sağlamlığa təsiri ilə bağlı iki fakt qeyd edəcəyəm. Birincisi, iqlim böhranının sağlamlıq böhranı olduğunu ifadə edən ÜST-nin Baş katibi Dr.Tedrosun sözləridir. İkinci bəyanat ondan ibarətdir ki, iqlim dəyişikliyi ilə mübarizə üç əsas sütun vasitəsilə gücləndirilməlidir.

TurkicWorld xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev COP29 çərçivəsində keçirilən mətbuat konfransı zamanı deyib.

"Birinci sütun tibb mütəxəssislərinin inkişafıdır. İkincisi, yeni texnologiyaların tətbiqi və rəqəmsallaşmadır. Üçüncüsü, yeni iqtisadiyyatın tətbiqidir.

Bu ildən Azərbaycan Tibb Universitetinin tibb fakültəsinin 2-ci kurs tələbələri üçün iqlim dəyişikliyi və sağlamlıq fənnini tədris edilir. İnanırıq ki, müasir texnologiyalara əsaslanan davamlı tibb təhsili bu ideyanın tez və sürətli həyata keçirilməsini təkmilləşdirə bilər.

Beləliklə, biliklərimizi təkmilləşdirməmiz lazım olan vaxt çox qısadır, ona görə də qısa müddət ərzində hədəflərimizə nail ola bilərik. Növbəti beş il ərzində tədricən yaşıl xəstəxanalar layihəsi tamamilə real ola bilər",- deyə nazir əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Mövzuya görə xəbərlər