Bakı, TurkicWorld
MÜSİAD Azərbaycan İdarə heyətinin sədri Rəşad Cabirli və Azərbaycan İçki Sənayeçiləri Assosiasiyasının İdarə Heyətinin sədri Emin Dostiyari MÜSİAD Stuttgart və MÜSİAD Strasbourg şöbələrini ziyarət edib.
TurkicWorld xəbər verir ki, görüş zamanı Azərbaycandakı investisiya imkanları, münbit ticari-iqtisadi mühit haqında məlumat verilib, “Azerbaycana gelmek için 101 Neden” başlıqlı təqdimat paylaşılıb.
Yaxın gələcəkdə MÜSİAD Stuttgart və MÜSİAD Strasbourg şöbələrinin Azərbaycana işgüzar səfər etməsi planlaşdırılıb.
Sonda MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, qonaqpərvərliklərinə və dəstəklərinə görə MÜSİAD Stuttgar İdarə Heyətinin sədri Duran Tok bəyə, MÜSİAD Strasbourg İdarə Heyətinin sədri Yücel Akyüz bəyə və üzvlərə təşəkkürünü bildirib.