Bakı.TurkicWorld :
Trassanın (yolun) razılaşdırılması ilə bağlı rəyinin alınması tələb olunan qurumların siyahısı müəyyənləşib.
TurkicWorld-in xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması Qaydası"nda əksini tapıb.
Trassanın (yolun) razılaşdırılması ilə bağlı rəyinin alınması tələb olunan qurumların SİYAHISI
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi (dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə, onların ərazilərinə və mühafizə zonalarına münasibətdə).
2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi.
3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.
4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi.
5. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (turizm və rekreasiya zonalarında və tabeliyindəki dövlət qoruqlarının ərazilərinə münasibətdə).
6. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti.
7. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti.
8. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.
9. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi.
10. Müvafiq inzibati ərazi vahidi üzrə yerli icra hakimiyyəti orqanı.
11. Müvafiq inzibati ərazi vahidi üzrə yerli özünüidarəetmə orqanı.
12. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti.
13. "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti.
14. "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti.
15. "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti.
16. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti.
17. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (tabeliyin- dəki qoruqların və abidələrin mühafizə zonalarının ərazisinə münasibətdə).
18. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi (Şuşa şəhəri ərazisinə münasibətdə).