Bakı. TurkicWorld :
Cari ilin 4 iyun tarixində Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq və 1-i qadın olmaqla 6 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.
Ombudsman Aparatından TurkicWorld-ə bildirilib ki, ombudsmanın nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüşərək, onlara göstərilən sosial xidmətlə yerində tanış olub, hüquqlarının təmini vəziyyətini araşdırıblar.
Repatriantlarla görüş zamanı onların sosial-psixoloji vəziyyəti qiymətləndirilib, problemləri və ehtiyacları öyrənilib, hüquqlarının müdafiəsi ilə bağlı tövsiyələr verilib.
Ombudsmanın nümayəndələrinə müəssisə rəhbəri və əməkdaşları tərəfindən repatriantların reabilitasiyası üzrə görülmüş və nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.