Son dəqiqə

Azərbaycan İlahiyyat İnstitutu Aİİ

Aİİ-də Ulu Öndərin 101 illiyi münasibətilə tədbir keçirilib

Bakı,TurkicWorld

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ulu öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirilib.

TurkicWorld xəbər verir ki, tədbirdə çıxış edən Aİİ rektoru Aqil Şirinov Heydər Əliyev ideyalarının xalqımızın mənəvi sərvəti olduğunu vurğulayıb. Ümummilli lider Heydər Əliyevin sovet dövründə və ölkəmiz müstəqillik qazandıqdan sonra, rəhbərlik etdiyi müddət ərzində milli-mənəvi dəyərlərimizin qorunması naminə məqsədyönlü fəaliyyətindən söhbət açıb.

Hazırda bu siyasəti cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyini diqqətə çatdırıb.

Professor Sakit Hüseynov müəllifi olduğu “Heydər Əliyev və İlham Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsində rolu” kitabı haqqında məlumat verib. Müstəqillik dövründə ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin dövlət-din siyasətinin fəlsəfi-sosioloji cəhətdən araşdırıldığını diqqətə çatıdırıb. Professor qeyd edib ki, əsərdə İslamın Qafqazda yayılmasında Azərbaycanın rolu, dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığının bərqərar olunması, tolerantlıq, dini ekstremizmə qarşı mübarizə və təhlükəsizlik haqqında Heydər Əliyev və Prezident İlham Əliyevin fəaliyyəti ilk dəfə olaraq geniş şəkildə araşdırılıb.

Professor S.Hüseynov ümummilli lider Heydər Əliyevin “İslam birliyi” ideyasının və Prezident İlham Əliyevin müsəlman ölkələrinə “İslam həmrəyliyi” çağırışının dövlət-din siyasətində yeni istiqamət kimi elmi cəhətdən mühüm aktuallıq kəsb etdiyini vurğulayıb.

Mövzuya görə xəbərlər