Son dəqiqə

Azərbaycan İlahiyyat İnstitutu Aİİ

Dövlət Komitəsinin sədri Aİİ-də təhsil alan tələbənin evini ziyarət edib

Bakı,TurkicWorld

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində tələbələrin ailələrinə ziyarət davam edir.

TurkicWorld xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Aİİ rektoru Aqil Şirinov, İlahiyyat fakültəsinin dekanı, İslamşünaslıq kafedrasının müəllimləri Dünşünaslıq ixtisasının II kurs tələbəsi Yusif Babayevin ailəsini ziyarət ediblər.

Qeyd edək ki, “Qonağınız müəllimlərinizdir” layihəsinin məqsədi tələbələrin akademik göstəricilərinin yüksəldilməsi, dövrün tələblərinə cavab verən dinşünas və islamşünas kadrların hazırlanması üçün ailə və təhsil qurumunun münasibətlərinin inkişaf etdirilməsi, imkanlarının dəyərləndirilməsidir.

Mövzuya görə xəbərlər