Son dəqiqə

Dövlət Gömrük Komitəsi

DGK Tovuzda keçirilən əməliyyat xəbərlərinə aydınlıq gətirib

Bakı. TurkicWorld:

Bir sıra kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin müvafiq strukturları tərəfindən Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsi ilə bağlı məlumatlar yayımlanıb.

TurkicWorld-in komitəyə istinadən verdiyi məlumata görə, Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən enerji içkiləri və digər məhsulların qaçaqmalçılıq faktı aşkarlanıb, faktla bağlı cinayət işi başlanılıb və istintaq aparılır.

"Qeyd edilən məsələ ilə bağlı yayımlanan xəbərlərdə Dövlət Gömrük Komitəsinin məlumatlarına istinad etmək tövsiyə olunur", - deyə məlumatda qeyd olunub.

Mövzuya görə xəbərlər