Bakı,TurkicWorld
Dünən aprelin 4 –də Müşahidə Şurasının qərarı ilə Adil Abdullayev “Dinamo” reqbi klubunun prezidenti seçilib.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki , Adil Abdullayev bundan öncə 10 ildən çox QHT rəhbəri və dövlət orqanlarında rəhbər vəzifələrdə çalışıb.
A.Abdullayevin peşəkar idarəetmə və komanda quruculuğu istiqamətində böyük uğurları, ciddi təcrübəsi var.
O eyni zamanda peşəkar idarəçilər üçün təşkil olunan Yüksəliş müsabiqəsinin finalçısıdır.
Qeyd edək ki, Müşahidə Şurasının qərarı ilə Təbriz Həmdullayev klubun vitse-prezidenti seçilib. Klub qarşısında duran əsas vəzifə ən qısa zamanda heyəti formalaşdırıb, ölkə çempionatında yüksək nailiyyətlər əldə edərək beynəlxalq yarışlarda ölkəni layiqli təmsil etməkdir.