Son dəqiqə

Laçın

Bizə bu sevincli günləri yaşadanlara təşəkkür edirəm - Laçın sakini

Bakı. TurkicWorld:

Torpaqlarımızı işğaldan azad edən, bizi doğma toraqlarımıza qaytaran və bu sevincli günləri yaşadanlara təşəkkür edirəm.

Bunu TurkicWorld-ə açıqlamasında Laçın sakini Solmaz Kərimova deyib.

Onun sözlərinə görə, Laçını tərk etdikləri ağrı-acılı günləri çox yaxşı xatırlayır. O günləri unutmaq olmaz. Eyni zamanda bu günləri də xatırlayıb müqayisə edir.

"Gecəni səhərə qədər yatmamışam ki, görəsən mən o evə girəndə necə girəcəyəm. Sevinc göz yaşlarımı saxlaya biləcəyəmmi? Hələ indi onu düşünəndə ağlamaq istəyirəm. Azərbaycan öz tarixində ən sevincli günlərini, çiçəklənən dövrünü yaşayır. Bu günləri bizə yaşadan, adı dünya tarixində əbədi qalan, Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə yazılan Ali Baş Komandanımızdır. Hörmətli Prezidentimiz öz müdrik siyasəti ilə elə bir zəfər çaldı, elə bir qələbə əldə etdi ki, bu qələbə Qafqazda, dünya tarixində hərb sahəsində görünməmiş qələbədir. Bizim Prezidentimiz xoşbəxt insandır. Ona görə ki, onu bütün xalq sevir. Nəinki bütün Azərbaycan, bütün türk dünyası onu sevir, onunla fəxr edib, qürur duyurlar. Allah ona can-sağlığı versin, onu bu millətə çox görməsin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin, şəhid analarına səbr versin. Şəhidlərimizin ruhu hər zaman bizimlədir", - deyə o bildirib.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 451 ailə, yəni 1705 nəfər, Zabux kəndinə 211 ailə, yəni 808 nəfərin daimi məskunlaşması təmin edilib.

Mövzuya görə xəbərlər