Xocavənddə partlayış olub

Xocavənddə partlayış olub

Bakı. TurkicWorld:

Xocavənddə hərbi təyinatlı partlayıcı partlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupu məlumat yayıb.

Bildirilib ki, fevralın 10-də saat 09:30 radələrində Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması bağlı polisə məlumat daxil olub.

1996-ci il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlu əlindən xəsarət alıb. Vətəndaş xəstəxanaya təxliyyə edilib.