Son dəqiqə

Heydər Əliyev Sarayı

Ali Kınık Heydər Əliyev Sarayında konsert verəcək

Bakı. TurkicWorld:

Türk dünyası xalq yaradıcılığı musiqisinin söz yazarı və bəstəkarı Ali Kınık Bakıya gəlir.

TurkicWorld xəbər verir ki, Ali Kınık, Yaz Media Group'un təşkilatçılığı ilə 24 may tarixində “Yalnız değilsin” adlı solo konserti ilə Heydər Əliyev Sarayında çıxış edəcək.

Məlumata əsasən, konsert 19:00-da başlayacaq, biletləri iTicket.az saytından əldə etmək mümkündür.

Xatırladaq ki, “Yalnız değilsin” bir müddət Türkiyənin ATV kanalında yayımlanan “Eşkiya dünyaya hükümdar olmaz” serialında da səsləndirilib.

Azərbaycana ilk dəfə gələcək Ali Kınık yazdığı və bəstələdiyi əsərlərlə türk dünyasını tərənnüm edən ən güclü sənətkar kimi tanınır.

Ali Kınık,"Yalnız Değilsin,Kurtlar Sofrası, Tanrının Ordusu,Türkün Gücü,Koca Reis,Ali Ayşeyi Seviyor" və s. əsərlərin müəllifidir.

Mövzuya görə xəbərlər