Son dəqiqə

Heydər Əliyev Sarayı

Heydər Əliyev Sarayına yeni direktor müavini təyin edilib

Bakı. TurkicWorld:

Heydər Əliyev Sarayına direktor müavini təyin edilib.

Bu barədə TurkicWorld-a Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Anar Nizami oğlu Fərəczadə Heydər Əliyev Sarayının direktor müavini təyin edilib.

A.Fərəczadə bu təyinatadək Heydər Əliyev Sarayında baş administrator vəzifəsində çalışıb.

Xatırladaq ki, 2023-cü il 25 noyabr tarixində İlham Zakir oğlu Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib.

Mövzuya görə xəbərlər