Son dəqiqə

20 Yanvar faciəsi

Moskvada 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

Bakı. TurkicWorld:

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbül oğlu Səfirliyin əməkdaşları ilə birlikdə 1990-cı il faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş səfirliyin girişindəki banner önünə gül dəstələri qoyub.

TurkicWorld-un səfirliyə istinadən verdiyi məlumata görə, daha sonra cənab səfir ümummilli lider Heydər Əliyevin barelyefi önünə qırmızı qızılgül dəstəsi qoydu. Ümummilli lider 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinin binasına gələrək mətbuat konfransı keçirərək, baş vermiş vəhşiliyi kəskin şəkildə pisləyərək, onları dinc əhaliyə qarşı terror adlandırıb, və Azərbaycan xalqı ilə həmrəy olduğunu nümayiş etdirərək, fitnəkarlara siyasi-hüquqi qiymət verilməsini və cəzalandırılmasını tələb edib.

Azərbaycanın səfiri Rusiyada akkreditə olunmuş diplomatik korpusun səfirləri və yüksək vəzifəli diplomatları, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşları, o cümlədən Azərbaycan diasporunun və Rusiya ictimaiyyətinin nümayəndələri ilə birlikdə binanın daxilində quraşdırılmış bannerin önünə gül dəstələri qoyublar.

Səfir rəsmi nitq ilə çıxış edərək, o qanlı günlərdə baş verən hadisələri ətraflı təsvir edib, xatirələrini bölüşüb. Polad Bülbül oğlu Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevin rolunu xüsusi qeyd etdi.

Mövzuya görə xəbərlər